İQTİSADİYYAT


Thenational.ae: Qurban bayramı günlərində Azərbaycana gəlmək BƏƏ əhalisi üçün ən yaxşı variantdır

Bakı, 8 avqust, AZƏRTAC

Qurban bayramı günlərində Azərbaycana gəlmək Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əhalisi üçün ən yaxşı variantdır. Qonaqlar paytaxtın görməli yerlərindən zövq ala, milli mətbəxin ləziz təamlarından dada, Azərbaycan xalqının zəngin mədəniyyəti və tarixi ilə tanış ola bilərlər.

AZƏRTAC bu barədə thenational.ae saytına istinadla xəbər verir.

Ötən ay qəbul edilmiş qərar onu göstərir ki, Azərbaycana gələn BƏƏ sakinləri indi vizanı ölkəyə çatdıqda əldə edə bilərlər (əvvəllər viza Azərbaycan səfirliyində alınmalı idi). Dubay və Əbu-Dabidən uçuşlar (“FlyDubai” və “Etihad” vasitəsilə) cəmi iki saat yarım təşkil edir.

Saytda Azərbaycan səfirliyinin bu məsələ ilə bağlı izahı da dərc olunub. Qeyd edilir ki, BƏƏ-nin bütün sakinləri Azərbaycana gəldikləri andan bir aylıq viza əldə edəcəklər, lakin BƏƏ-də yaşama üçün viza və pasport Azərbaycana gələn tarixdən ən azı 120 gün etibarlı olmalıdır; Azərbaycanda 15 gündən artıq qalan bütün əcnəbilər ölkənin Dövlət Miqrasiya Xidmətində qeydiyyatdan keçməlidirlər.

Bəyanatda vurğulanır ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərinə qanunsuz səfər etmiş istənilən şəxsə ölkəmizə gəlmək üçün viza verilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.