CƏMİYYƏT


Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması istiqamətində işlər aparılır

Bakı, 1 iyul, AZƏRTAC

Hazırda Azərbaycanda özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti fəaliyyət göstərir. Özəl tibb müəssisələrinin, özəl tibbi praktika ilə məşğul olan subyektlərin sayının artması sahibkarlıq sahəsinə Prezident İlham Əliyev tərəfindən göstərilən dövlət dəstəyinin nəticəsində mümkün olub. Tibb müəssisələrində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün Səhiyyə Nazirliyinin Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin yaradılması istiqamətində işlər aparılır.

AZƏRTAC xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Tibb biznesində perspektiv imkanlar" mövzusunda keçirilən ictimai müzakirədə deyib.

Nazir bildirib ki, tibb müəssisələrinin akkreditasiyası sahəsində qaydaların mövcudluğu həm göstərilən xidmətlərin keyfiyyətini yüksəldəcək, həm də əhalinin səhiyyə sistemindən məmnunluğunu artıracaq: "Səhiyyə Nazirliyinə müxtəlif özəl qurumlardan, qeyri-hökumət təşkilatlarından, vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən mütəmadi müraciət və təkliflər daxil olur. Həmin müraciətlər təhlil olunur və lazımi addımlar atılır. Aparılan araşdırmalar zamanı özəl tibb müəssisələrinin birliyinin təsis edilməsinə ehtiyac olduğu müəyyən edilib".

Teymur Musayev özəl tibb subyektlərini bu kimi platformalarda aktiv iştiraka dəvət edib.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.