CƏMİYYƏT


Tibb Universiteti Akademik Zərifə Əliyeva adına liseydə xeyriyyə aksiyası təşkil edib

Bakı, 28 mart, AZƏRTAC

Akademik Zərifə Əliyeva adına liseydə Azərbaycan Tibb Universitetinin (ATU) Oftalmologiya kafedrasının təşkilatçılığı ilə liseyin müəllim və şagirdləri üçün tədbir keçirilib.

ATU-dan AZƏRTAC-a verilən məlumata görə, Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan bu tədbirdə kafedranın müdiri, professor Paşa Qəlbinur Musayev çıxış edib. Kafedra müdiri görkəmli oftalmoloq-alimin keçdiyi zəngin həyat yolundan və geniş spektrli fəaliyyətindən söhbət açıb. Ölkəmizdə oftalmologiya sahəsinin inkişafının bugünkü səviyyəyə çatdırılmasında Akademik Z.Əliyevanın müstəsna rolunu qeyd edib.

Tədbirdə səsləndirilən çoxsaylı suallar professor tərəfindən cavablandırıldıqdan sonra xeyriyyə aksiyasi keçirilib. Kafedranın əməkdaşları tərəfindən liseyin müəllim və şagirdləri müxtəlif yönlü oftalmoloji müayinə olunub, həkim-mütəxəssislər onlara lazımi tövsiyələrini verib.

Təşkil olunan aksiya liseyin əməkdaşları və şagirdləri tərəfindən razılıqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.