CƏMİYYƏT


Tibb Universitetində “Anadangəlmə çəpliklər və onların müalicəsi” mövzusunda seminar keçirilib

Bakı, 7 may, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə seminar keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, seminarda oftalmologiya kafedrasının dosenti Aysel Qəlbinur “Anadangəlmə çəpliklər və onların müalicəsi” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi görmə orqanının müayinəsi, çəpgözlük və risk faktorları, görmə orqanında müəyyən olunmuş çəpgözlük zamanı müalicə prinsipləri və s. haqqında iştirakçılara məlumat verib.

Seminar zamanı, həmçinin Zərifə xanım Əliyevanın həyat və yaradıcılıq fəaliyyətini əhatə edən videoçarx təqdim olunub.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.