CƏMİYYƏT


Tibb Universitetində dövlət buraxılış imtahanlarına start verilib

Bakı, 10 iyun, AZƏRTAC

Bu gündən etibarən Azərbaycan Tibb Universitetində (ATU) dövlət buraxılış imtahanlarına start verilib.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin rektoru, professor Gəray Gəraybəyli bu gün müalicə-profilaktika fakültəsinin buraxılış kurs tələbələri üçün keçirilən imtahanları izləyib.

Xatırladaq ki, ATU-da yekun attestasiya Nazirlər Kabinetinin Qərarına əsasən keçirilir. Bacarıq imtahanları əyani olaraq, test imtahanları isə onlayn formatda təşkil ediləcək. İlk mərhələdə tələbələrin bacarıqları, növbəti mərhələdə isə nəzəri bilikləri qiymətləndiriləcək. İmtahanlar iyunun 30-na qədər davam edəcək

Professor G.Gəraybəyli Obyektiv Strukturlaşmış Klinik İmtahanları (OSKİ) vermiş, eləcə də hələ imtahanları olmamış tələbələrlə söhbət edərək, onların fikir və təkliflərini dinləyib, proses gedən kabinetlərlə tanış olub. İmtahandan uğurla çıxan tələbələri təbrik edən rektor, pandemiya vəziyyəti ilə əlaqədar sualların azaldıldığını, test imtahanlarının onlayn keçirildiyini nəzərə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.