CƏMİYYƏT
Tibb Universitetində keçirilən ekokardioqrafiya kursunda aktual mövzulara həsr olunmuş məruzələr dinlənilib
Bakı, 29 noyabr, AZƏRTAC
Noyabrın 29-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) təşkilatçılığı ilə “Ekokardioqrafiya” kursu keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, AKC-nin ekokardioqrafiya işçi qrupunun rəhbəri Fuad Səmədov təşkil olunan kursun həmkarlarının bilik səviyyəsinin artırılmasında müstəsna rol oynayacağını vurğulayıb və iştirakçılara aktiv olmalarını tövsiyə edib.
Sonra Nigar Babazadənin “Exokardioqrafik müayinənin ümumi prinsipləri”, Aysel İslamlının “Doppler ExoKQ və hemodinamik ölçümlər”, Sara Bayramzadənin “Sol mədəciyin sistolik funksiyasının dəyərləndirilməsi”, Fuad Səmədovun “Sağ mədəciyin ExoKQ dəyərləndirilməsi. Pulmonar hipertenziya”, Tahir Əhmədovun “Kardiomiopatiyaların exokardioqrafik dəyərləndirilməsi”, Rövşən Əkbərovun “Aortal qapaq patologiyalarının exokardioqrafik dəyərləndirilməsi”, Cəmil Babayevin “Mitral qapaq patologiyalarının exokardioqrafik dəyərləndirlməsi”, Elşən Rzayevin “Sadə anadangəlmə ürək qüsurları” mövzularında məruzələri dinlənilib.
Sonra mövzular ətrafında geniş müzakirələr aparılıb.