CƏMİYYƏT


Tibb Universitetində rezidentler üçün “Təməl cərrahi bacarıqlar” kursu keçirilir

Bakı, 29 noyabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlər üçün “Təməl cərrahi bacarıqlar” kursu keçirilir.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursun rəhbəri, ATU-nun I cərrahi xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov təlimin məqsədinin qəbul olunmuş yeni ixtisaslı rezidentlərə təməl cərrahi bacarıqların aşılanması olduğunu deyib. Burada gələcəyin həkimlərinə düyünlərin bağlanılması, xalatların geyinilməsi, yaş toxuma üzərində tikiş qoyulması, dəri törəmələri və ateromanın xaric edilməsi və digər bu kimi praktik bacarıqlar öyrədilir.

Kursun müəllimləri ümumi cərrahiyyə kafedrasının assistenti Elnur Qasımov, III cərrahi xəstəliklər kafedrasının dosenti, klinikanın treninq mərkəzinin rəhbəri Elmar Şərifov, yuxarı kurs rezidenti Araz İsmayılovdur. Müəllimlər kursun təşkilində göstərilən köməyə görə ATU-nun rektoru professor Gəray Gəraybəyliyə və klinikanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, ATU rezidentləri üçün belə kurslar mütəmadi olaraq təşkil edilir.

Universitetdə I kurs rezidentləri üçün cərrahi bacarıqların artırılması məqsədilə yenidən təməl və laporoskopik kursu başladılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.