CƏMİYYƏT


Tibb Universitetində rezidentlərin bacarıq imtahanları keçirilib

Bakı, 1 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında rezidentlərin yekun attestasiya imtahanlarının 2-ci hissəsi – bacarıq imtahanları keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rezidentura və magistratura şöbəsinin müdiri, professor Rizvan Məmmədovun sözlərinə görə, rezidentlərin bacarıq imtahanları uğurla başa çatıb: “Birinci mərhələni yəni, 38 ixtisas üzrə keçirilən test imtahanını uğurla keçən rezidentlər ikinci mərhələyə buraxılıblar. İkinci mərhələdə 15 nəfər rezident imtahandan kəsilib. 21 nəfər müxtəlif səbəblərdən imtahanda iştirak etməyib”.

R.Məmmədov imtahan prosesi zamanı problemə rast gəlinmədiyini bildirib: “Bəzi fənlər üzrə sualların dəyişdirilməsi məsələsi müzakirə olundu. Xüsusilə də, bacarıq imtahanlarında bəzi ixtisaslar üzrə təkrar suallar vardı. Bu sualların dəyişdirilməsi gələn ilə planlaşdırılır”.

Qeyd edək ki, bu il 41 bazadan ümumilikdə 330 nəfər yekun attestasiyasına buraxılıb ki, onlardan da 127 nəfəri ATU-nun məzunlarıdır. Ümumilikdə rezidenturaya aid 38 ixtisas üzrə 375 nəfər yekun attestasiyadan keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.