CƏMİYYƏT


Tibb Universitetində uşaqlar üçün pulsuz kardioloji aksiya zamanı 90-a yaxın uşaq müayinə edilib

Bakı, 10 may, Əziz Məmmədov, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycan Tibb Universitetinin tədris-terapevtik klinikasında pulsuz kardioloji müayinə aparılıb.

AZƏRTAC xəbər verir ki, klinikanın kardioloqu, tibb üzrə fəlsəfə doktoru Elnur İmanov bu aksiya barədə jurnalistlərə müsahibə verib. O qeyd edib ki, aksiyanın əsas məqsədi uşaqları vaxtında tibbi müayinəyə cəlb etmək, həmçinin valideynləri maarifləndirməkdir.

Həkim uşaqlar arasında kardioloji problemlərinin artmasını vurğulayıb. Elnur İmanov deyib: “Uşaqlar arasında kardioloji problemlərin sayının artmasını nəzərə alaraq, uşaqların vaxtında tibbi müayinəyə cəlb edilməsinin zəruri olması barədə valideynləri maarifləndirmək baxımından belə aksiyalar çox əhəmiyyətlidir. Bundan başqa, belə aksiyalar çox gözəl nəticələri verir. Bəzi hallarda müayinə zamanı elə problemlər üzə çıxır ki, valideynlər onların mövcudluğu haqqında bilmirdilər. Uşaqlar arasında ürək-damar və qeyri-infeksion xəstəliklərin artması müşahidə bütün dünyada olunur. Bizim məqsədimiz – böyüməkdə olan nəslin tibbi müayinəsi aksiyalarına diqqəti cəlb etməkdir. Aksiya çərçivəsində 90-a yaxın uşaq pulsuz kardioloji müayinə olunub. İki körpədə anadangəlmə ürək qüsuru aşkar edilib. Onlar müalicə kursu keçəcək və yaxın vaxtlarda əməliyyat ediləcək.

Müayinə olunmuş uşaqların valideynləri ürək-damar xəstəliklərinin diaqnostikası metodları ilə ciddi maraqlanır, uşaqlarda ürək xəstəliklərinin profilaktikası barədə onlara məsləhətlər verilməsini xahiş edirdilər. Biz ürək xəstəliklərinin profilaktikasının əsas aspektləri haqqında həm yaşlılarla, həm də uşaqlarla söhbət etdik, uşaqların müntəzəm müayinə edilməsinə ehtiyac olduğunu başa saldıq. Bundan əlavə, biz valideynlərə nəbzin düzgün ölçülməsi və uşaqlarda ürək xəstəliklərinin əsas əlamətlərinin aşkar edilməsi üsullarını öyrətdik, belə hallarda pediatra və ya uşaq kardioloquna müraciət etmək lazım olduğunu izah etdik. Bizə çox xoşdur ki, aksiya bu qədər faydalı oldu”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.