CƏMİYYƏT


Tibb Universitetində yazıçı Nadir Adilovla görüş keçirilib

Bakı, 20 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universiteti (ATU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Beynəlxalq Tələbə Günü münasibətilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədr müavini, hüquq üzrə fəlsəfə doktoru, dosent Nadir Adilovla tələbələrin görüşü keçirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ATU-nun müalicə və tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev gənclər üçün belə motivasiya tipli tədbirlərin keçirilməsinin vacibliyindən söz açıb. O, gənc nəslin kitab oxumağa o qədər də həvəsi olmadığını deyib. Universitetin tədris sistemində köklü dəyişikliklər getdiyini qeyd edən prorektor, bunların nəticəsi olaraq, gənclərin kitab oxumağa marağının artacağına inandığını diqqətə çatdırıb.

Nadir Adilov ilk dəfədir Tibb Universitetində olduğunu bildirib və müəllifi olduğu kitablar barədə məlumat verib. Yaradıcılığında önəm verdiyi məqamlar barədə danışıb, tələbələri maraqlandıran sualları cavablandırıb.

Görüşdə “Clinikal Medical” şirkətinin rəhbəri Əli Bayramov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səhiyyə siyasəti və planlaşdırma şöbəsinin mütəxəssisi Günay Quluzadə və Bakı şəhəri üzrə bir çox təhsil müəssisələrinin tələbə gənclər təşkilatları sədrləri iştirak ediblər.

Görüş çərçivəsində tələbələr üçün maarifləndirici seminar təşkil olunub və tədbirdə iştirak edən ilk 200 nəfərə müəllifin “Məqsədlisən?” kitabı imzalı formada hədiyyə edilib.

Qeyd edək ki, Nadir Adilov “Gəncsən? Başla!” və “Məqsədlisən?” işgüzar və fərdi inkişaf kitablarının müəllifidir. Hər iki kitab tələbə gənclər arasında ən çox oxunan kitablar sırasında yer alıb. Kitablarda gənclərin işgüzar inkişafına dəstək məqsədilə real və praktiki nümunələrə geniş yer verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.