CƏMİYYƏT


Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında tibb bacıları üçün təkmilləşdirmə kursu keçirilib

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında növbəti təkmilləşdirmə kursu təşkil edilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baş tibb bacısının təşəbbüsü ilə həyata keçirilən seminarda neyrocərrahiyyə və travmatologiya-ortopediya şöbələrinin tibb bacıları iştirak ediblər. Hər iki şöbənin məsul tibb bacıları “Hipofiz adenoması”, “Artroplastika, bud çanaq koksartrozu” mövzularında öz təcrübələrini və apardıqları araşdırmalar əsasında öyrəndikləri yenilikləri həmkarları ilə bölüşüblər.

Bilik, bacarıq və peşəkar vərdişlərin inkişaf etdirilməsi yolu ilə əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi məqsədilə həyata keçirilən təkmilləşdirmə kursları mütəmadi olaraq klinikanın bütün şöbələrində təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.