CƏMİYYƏT


Tibb Universitetinin alimləri Endoskopik Laparoskopik Cərrahiyyə Konqresində iştirak ediblər

Bakı, 24 aprel, AZƏRTAC

Şimali Kiprdə Türkiyə Endoskopik Laparoskopik Cərrahlar Dərnəyi və Middle Easters Endoskopik Cərrahiyyə Assosiasiyasının birgə təşkilatçılığı ilə XIV Endoskopik Laparoskopik Cərrahiyyə Konqresi keçirilib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, universiteti konqresdə dosent Müşfiq Həsənov, elmi tədqiqat mərkəzinin müdiri, professor Qalib Qarayev və cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü Nuru Bayramov təmsil ediblər.

Dosent Müşfiq Həsənov konqresdə “Apendikulyar mənşəli hipertetinlər zamanı qarın boşluğunun azonlaşmış hipoxlorid natri məhlulu ilə sanosiyasının effektivliyi” mövzusunda məruzə ilə çıxış edib və panellərdən birində münsiflər heyətinin üzvü olub.

Professorlar Qalib Qarayev və Nuru Bayramov da konqresin digər panellərində münsiflər heyətinin üzvü kimi fəaliyyət göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.