CƏMİYYƏT


Tibb Universitetinin əməkdaşı beynəlxalq simpoziumda çıxış edib

Bakı, 9 iyun, AZƏRTAC

Qazaxıstanın Almatı şəhərində XXVII Beynəlxalq Morfoloji Elmlər Simpoziumu keçirilib.

Al-Farabi Qazaxıstan Milli Universiteti tərəfindən təşkil olunmuş tədbir “Hüceyrə, toxuma, orqanlar - təcrübə, yenilik və tərəqqi” mövzusuna həsr edilib.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin insan anatomiyası və tibbi terminologiya kafedrasının assistenti Səbinə Əliyeva simpoziumda “Müxtəlif formalı üz kəllələrində asimmetriyanın öyrənilməsi” mövzusunda çıxış edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.