CƏMİYYƏT


Tibb Universitetinin əməkdaşları Milanda elmi konfransda iştirak ediblər

Bakı, 6 iyul, AZƏRTAC

İtaliyanın Milan şəhərində Avropa İnsan Genetikası Cəmiyyətinin təşkilatçılığı ilə “Genetikanın psixososial aspektləri” mövzusunda elmi konfrans keçirilib. Dünya ölkələrindən tanınmış professor, həkim, bioloq və gənc tədqiqatçıların iştirak etdiyi konfransda “Perinatal genetika”, “Xərçəng zamanı DNT zədələnmələri və onların bərpası”, “Populyasiyanın genetikası”, “Metabolik və mitoxondrial xəstəliklər”, “Sonsuzluğun genetikası”, “İntellektual pozğunluqlar”, “Ürək-damar xəstəlikləri” və digər mövzularda çıxışlar dinlənilib.

Azərbaycan Tibb Universitetinin (ATU) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ölkəmizi həmin konfransda ATU-nun tibbi biologiya və genetika kafedrasının əməkdaşları Aynur Ənsərova, Gülnarə Vəliyeva, Xədicə Yusufova və Aysel Həşimova təmsil ediblər.

Tədbirin yekununda iştirakçılara sertifikatlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.