CƏMİYYƏT


Tibb Universitetinin hazırlıq kursunun əcnəbi dinləyicilərinə aparılan islahatlar barəsində məlumat verilib

Bakı, 15 yanvar, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi hazırlıq kursunun əcnəbi dinləyiciləri ilə görüşüb.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev görüşün tanışlıq və zəruri əlaqələr yaradılması məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb: “Azərbaycan Tibb Universiteti sizin gələcək həyatınız, gələcək həkimlik peşənizin, karyeranızın təməlini qoyacağınız ünvandır. İnanırıq ki, gələcəkdə sizlərin hər biri peşəkar, işini bilən, öz ölkəsində tanınmış həkim olacaq, insanların sağlamlığının keşiyində ləyaqətlə duracaq”.

Xarici tələbələrə iş üzrə dekan, dosent Qorxmaz Əhmədov isə hazırlıq kursunun dinləyicilərinə son illərdə ATU-da aparılan islahatlar barəsində məlumat verib. Dekan bu ildən etibarən hazırlıq dinləyicilərinin təhsil proqramına aralıq qiymətləndirmənin əlavə olunduğunu bildirib. O qeyd edib ki, növbəti yeniliklərdən biri də ingilis dilində təhsil alan tələbələr üçün Azərbaycan dili, Azərbaycan dilində təhsil alan tələbələr üçün isə ingilis dilinin fakültativ olaraq keçirilməsi ilə bağlıdır.

Görüşdə hazırlıq kursunun təşkili, tədris proqramı ilə bağlı bəzi məsələlər müzakirə olunub. Həmçinin əcnəbi dinləyicilərə universitetdə keçirilən ictimai tədbirlər, elmi işlərdə aktiv olmaları məsləhət görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.