CƏMİYYƏT


Tibb Universitetinin keçirdiyi növbəti oftalmoloji aksiya zamanı 17 nəfər pulsuz əməliyyat olunub

Bakı, 10 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyinin təşəbbüsü ilə hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində aztəminatlı ailələrdən olan tələbələrin pulsuz göz əməliyyatları keçirilir.

ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, universitetin professoru Gəray Gəraybəyli və həkim-oftalmoloq Qurban İsmayılovun təşəbbüsü ilə bu dəfə 17 nəfərin gözündə zəruri cərrahiyyə əməliyyatı aparılıb.

Universitetin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov qeyd edib ki, əməliyyat edilənlərdən 2-si rezident, digərləri tələbələrdir. Onların gözündə “Eksimer lazer” əməliyyatı icra olunub.

Qeyd edək ki, ATU rəhbərliyinin təşəbbüsü ilə universitet tələbələri üçün mütəmadi olaraq belə humanitar aksiyalar təşkil edilir. Aksiyanın məqsədi aztəminatlı ailələrin övladlarını dəstəkləmək, həmçinin cəmiyyətdə xeyriyyəçilik təşəbbüslərini təbliğ etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.