CƏMİYYƏT


Tibb Universitetinin klinikasında bütün tələbələr üçün ödənişsiz müayinə aksiyası keçirilir

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Azərbaycanda bütün ali məktəblərin tələbələri üçün ödənişsiz müayinə aksiyası keçirilir.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aksiyada ödənişsiz müayinədən əlavə, pulsuz abdominal ultrasəs müayinəsi (USM) analizi də aparılır. Zəruri laborator analizlərə isə 50 faiz endirim tətbiq olunur.

Üç gündür davam edən aksiyadan artıq 30-a yaxın tələbə yararlanıb. Müayinələr ATU-nun qastroenteroloq rezident həkimi Samirə Məmmədova tərəfindən aparılır. Həkimin sözlərinə görə, aksiya çərçivəsində 10 tələbə abdominal USM yoxlanışından keçib. Tibbi müayinədən keçən 15 tələbəyə müalicə kursu təyin olunub.

Qeyd edək ki, müayinələr həftə içi saat 15:00-dan 19:00-a qədər, şənbə günləri isə saat 16:00-dan 19:00-a qədər aparılır.

Kampaniya iyunun 1-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.