CƏMİYYƏT


Tibb Universitetinin klinikasında yeni növ oftalmoloji əməliyyatların icrasına başlanılıb

Bakı, 22 noyabr, AZƏRTAC 

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində yeni növ əməliyyatların icrasına başlanılıb.

AZƏRTAC xəbər verir ki, şöbənin müdiri Qurban İsmayılov bu barədə jurnalistlərə müsahibə verib.

Həkim deyib: “Bu gündən etibarən ATU-nun Tədris Cərrahiyyə Klinikasının oftalmologiya şöbəsində ekzeymer cərrahiyyəsi fəaliyyətə başlayır. İntraleyzlə ekzeymer refraktiv cərrahi əməliyyatları yeni üsullarla aparılacaq. Dünyanın ən müasir cihazlarından biri olan “Alberetto-500” cihazı intraleyzlə birlikdə eyni zamanda, cərrahi seçimdən asılı olaraq, more 3 tipində mikrokeraton vasitəsilə refraksiyon əməliyyatların icrasına start vermişik. Əməliyyat yerli keyitmə altında aparılır, hər gözdə proses iki dəqiqə müddətinə başa çatır. Əməliyyatdan sonra xəstənin görmə itiliyi eynəklə gördüyü qədər bərpa olunur və xəstə dərhal evə buraxılır. Refraktiv cərrahiyyə adətən keratomlar vasitəsilə aparılan əməliyyatlardır. Həmin bu keratomlar x-b tipli və yaxud da more tipli keratomlardan ibarət idi. Lakin bizdə üstünlük ondan ibarət olacaq ki, həmin bu kəsiklər intraleyz vasitəsilə əlin gözlə kontaktı olmadan aparılacaq”.

Qeyd edək ki, yeni quraşdırılan cihazla artıq 15 nəfər əməliyyat olunub. Ümumilikdə 15 nəfər üzərində icra olunan əməliyyat 2 saat davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.