Tibb Universitetinin şöbə müdirinin məqaləsi “Amerika Klinik Patoloji Jurnalı"nda dərc olunub
AzerTAg.az
Bakı, 12 sentyabr, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucovun elmi məqaləsi nüfuzlu “Amerika Klinik Patoloji Jurnalı"nda ("American Journal of Clinical Pathology”) dərc olunub. Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə müdirinin "Steatohepatitik hepatosellulyar karsinomanın transkriptomik və proteomik analizi yeni fərqli bioloji xüsusiyyətləri aşkara çıxarır" məqaləsində qaraciyər hüceyrəli xərçəngin patologiyasından bəhs edilir.
M.Orucov həmin elmi məqaləni ABŞ-ın Klivlend Klinikasında ezamiyyətdə olduğu müddətdə Klivlend və Mayo klinikaları, Ayova və Kolumbiya universitetlərinin alimləri ilə birgə hazırlayıb.


Xəbərin mətnində orfoqrafik səhv var