CƏMİYYƏT


Tibb Universitetinin şüa diaqnostikası və şüa terapiyası kafedrasının rəsmi saytı fəaliyyətə başlayıb

Bakı, 18 fevral, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin şüa diaqnostikası və şüa terapiyası kafedrasının rəsmi saytı -“amurad.az” saytı fəaliyyətə başlayıb. Saytın yaradılmasında əsas məqsəd kafedrada görülən işlər haqqında ictimaiyyətə ətraflı məlumatın verilməsidir. Modern dizayn və zəngin tərtibatı olan səhifədə operativ informasiya yerləşdirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədilə ümumi çevikliyi təmin etmək əsas hədəfdir.

Kafedranın müdiri, tibb elmləri doktoru Məlahət Sultanova AZƏRTAC-a bildirib ki, sayta dərs cədvəlləri, sillabuslar və proqramlar, tələbələrin istifadə edə biləcəkləri mənbələr, müxtəlif elektron resurslar və linklər daxil edilib: “Saytda kafedrada aparılan elmi işlər, əməkdaşlarımızın iştirak etdiyi konfranslar, elmi məqalələrin yerləşdirilməsi nəzərdə tutulub. Həmçinin pasiyentlər üçün də maarifləndirici məlumatlar yerləşdiriləcək, onların sualları onlayn cavablandırılacaq”.

Məlahət Sultanovanın sözlərinə görə, “amurad.az” saytı bu sahəyə aid xəstəliklər barədə məlumatlar, fotolar yerləşdiriləcək ki, bu da tələbə və həkim-rezidentlərin böyük marağına səbəb ola bilər.

Qeyd edək ki, kafedranın gündəlik fəaliyyətini əks etdirəcək həmin sayt tərtibatı, linklərin forma və məzmun əhatəliliyi, müasir radiologiyanın əhatə etdiyi bütün sahələrə dair şəkillərin yerləşdirildiyi fotoqalereyanın operativliyi ilə seçilir. Saytda müxtəlif menyular və submenyular mövcuddur.

Bunlardan əlavə, “amurad.az” saytında yeni təsis olunmuş Azərbaycan Radiologiya Cəmiyyəti və Avropa Radiologiya Cəmiyyətində aparılan işlər, konfranslar, treninq və kurslar haqqında mütəmadi olaraq məlumat veriləcək.

Tibbi radiologiya tibbin anbaan inkişaf edən, müxtəlif şüaların diaqnostika və müalicə məqsədilə istifadə edildiyi, texnoloji yeniliklərin uğurlu nəticələrinin tətbiqinə əsaslanan və bütün sahələrlə sıx əlaqədə olan elm sahəsidir. Odur ki, bu sahəyə aid ixtisaslı sayt istifadəçilər üçün gözəl və etibarlı mənbə rolunu oynayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.