CƏMİYYƏT


Tibb Universitetinin tələbələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda istehsalat təcrübəsi keçirlər

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) İctimai səhiyyə fakültəsinin V kurs tələbələri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) istehsalat təcrübəsi keçirlər.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ATU-nun rektoru, professor Gəray Gəraybəylinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin birgə təşəbbüsü ilə iki həftə ərzində tələbələr biliklərini praktikada tətbiq edəcəklər.

Tələbələr istehsalat təcrübəsində proqrama uyğun olaraq, artıq “AQTİ-nin quruluşu və ayrı-ayrı struktur bölmələri ilə tanışlıq” və “Qida təhlükəsizliyi üzrə qanunvericilik, sanitar-gigiyenik, baytar və fitosanitar normalar” adlı mövzularla tanış olublar.

Dərslərin müzakirə formasında keçilməsi və burada onlara hər bir şərait yaradılması tələbələrdə istehsalat təcrübəsinə marağı daha da artırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.