CƏMİYYƏT


Tibb Universitetinin tələbələri diplomaqədərki müddətdə işləyə bilərlər

Bakı, 22 may, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) yuxarı kurs tələbələri bundan sonra universitetin klinikalarında və bir sıra müalicə müəssisələrində orta tibb təhsilli işçi vəzifələrində işləyə biləcəklər.

Bu barədə ATU-nun rektoru Gəray Gəraybəylinin Səhiyyə Nazirliyinə ünvanladığı müraciətə cavab məktubunda bildirilib.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda qeyd olunub ki, “Əhalinin sağlamlığının qorunması haqqında” qanununun 46-cı maddəsinə əsasən, ali tibb və əczaçılıq təhsilinin başa vurmamış şəxslər müvafiq icra hakimiyyətinin müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Bunu əsas götürərək Səhiyyə Nazirliyi təhsil ocağının tələbələrinin həmin vəzifələrdə çalışmasına icazə verib.

Bununla əlaqədar müalicə profilaktika fakültəsinin tələbələri 3-cü kursu bitirdikdən sonra stomatologiya, ictimai səhiyyə və əczaçılıq tələbələri isə 4-cü kursu bitirdikdən sonra ATU-nun klinikalarında və universitetin bazası olan müalicə müəssisələrində müvafiq orta tibb təhsilli işçi vəzifələrində diplomaqədərki müddətdə işə qəbul oluna bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.