ELM VƏ TƏHSİL
Tibb elmləri üzrə müzakirəyə çıxarılan tədqiqat işlərindən 5-i qeydiyyata alınıb
Bakı, 9 mart, AZƏRTAC
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə problem şurasının növbəti onlayn iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
AMEA-nın vitse-prezidenti, problem şurasının sədri akademik İradə Hüseynova iclası açaraq gündəlikdə duran məsələlər haqqında məlumat verib.
Tibb üzrə 10 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb üzrə fəlsəfə doktoru Aynur Safiyeva tərəfindən təqdim edilib.
Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 5 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 4 iş yenidən müzakirə üçün geri qaytarılıb, iddiaçının iştirak etməməsi səbəbindən 1 işə baxılması təxirə salınıb.