CƏMİYYƏT


Tibb ictimaiyyətinin nümayəndələri ulu öndər Heydər Əliyevin və şəhid həkimlərin məzarlarını ziyarət edib

Bakı, 17 iyun, AZƏRTAC

Bu gün Azərbaycanda tibb işçilərinin peşə bayramıdır.

AZƏRTAC Səhiyyə Nazirliyinə istinadla bildirir ki, bununla əlaqədar səhiyyə naziri Teymur Musayev başda olmaqla tibb ictimaiyyətinin nümayəndələri iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Tibb ictimaiyyətinin nümayəndələri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, böyük alim, ictimai-siyasi xadim, səhiyyə təşkilatçısı Əziz Əliyevin və tanınmış elm xadimi Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər düzüblər.

Daha sonra İkinci Fəxri xiyabanda Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş həkimlərin əziz xatirəsi anılaraq, məzarları üzərinə tər güllər düzülüb.

Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.