“Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda beynəlxalq konfrans başa çatıb
AzerTAg.az
Bakı, 4 iyul, AZƏRTAC
AMEA-nın Dendrologiya İnstitutunun ev sahibliyi ilə “Tibb, sağlamlıq və həyat elmləri” mövzusunda elmi konfransın bağlanış mərasimi olub.
Tədbirdə Türkiyənin Qaziantep Universitetinin professoru Mehmet Özaslan Dendrologiya İnstitutu ilə mövcud və gələcək iş birliyinin strateji istiqamətlərindən danışıb. Ev sahibi kimi konfransın keçirilməsində Dendrologiya İnstitutunun rəhbərliyinə təşəkkürünü bildirib. O, konfransın elmin, həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə də töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.
Dendrologiya İnstitutunun baş direktor vəzifəsini icra edən biologiya üzrə fəlsəfə doktoru, dosent Samirə Bağırova konfransda müxtəlif ölkələrdən olan alim, tələbə və tədqiqatçıların bir araya gələrək apardıqları nəzəri və praktiki məsələlər və müzakirələrin elmimiz üçün dəyərli töhfələr verəcəyini qeyd edib. Alim iki ölkə arasındakı möhkəm həmrəyliyin türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmli olduğunu vurğulayıb.
Tədbirdə Samirə Bağırovaya fəxri fərman, iştirakçılara isə sertifikatlar təqdim edilib.
Sonda konfrans iştirakçıları ikinci Şəhidlər xiyabanını və Bakının tarixi yerlərini ziyarət ediblər.
Xəbərin mətnində orfoqrafik səhv var