SİYASƏT


Tibb xidməti general-mayoru Dağlar Abdullayevin xatirəsi anılıb

Bakı, 16 avqust, AZƏRTAC 

Tibb xidməti general-mayoru, mərhum Dağlar Abdullayevin 80 illik yubileyi ilə əlaqədar anım mərasimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasim ikinci Şəhidlər xiyabanında mərhumun məzarının ziyarət edilməsi ilə başlayıb.

Nazirliyin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev, idarənin bir qrup hərbi qulluqçusu və ictimaiyyətin nümayəndələri mərhum generalın məzarı üzərinə gül dəstələri qoyublar.

Tibb Baş İdarəsində keçirilən anım tədbirində ümummilli lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Tibb xidməti general-mayoru N.Əliyev çıxış edərək D.Abdullayevin Azərbaycan Ordusunun tibb xidmətinin yaranmasında və fəaliyyətində böyük xidmətlərini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycanda ilk dəfə “tibb xidməti general-mayoru” ali hərbi rütbəsinə layiq görülmüş D.Abdullayevə Vətən qarşısındakı xidmətlərinə görə 2006-cı ildə “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı verilib və bir sıra medallarla təltif olunub.

Mərasimdə çıxış edənlər D.Abdullayevlə bağlı xatirələrini bölüşərək mərhumun yüksək əxlaqi-mənəvi keyfiyyətlərindən söz açıblar.

D.Abdullayevin ailəsi adından çıxış edən Raul Məmmədov göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.