CƏMİYYƏT


Tibbi bankalardan hansı hallarda istifadə etmək olar?

Bakı, 8 oktyabr, AZƏRTAC

El arasında soyuqdəyməyə qarşı istifadə olunan müalicə üsullarından biri də banka qoymaqdır. Lakin həkimlər və xalq təbabəti biliciləri bildirirlər ki, arterial təzyiq yüksək olanda, ürək xəstəlikləri və temperatur zamanı banka qoyulması əks təsir göstərə bilər. Kürəkdə səpgi və sızanaqlar çox olanda da banka qoyulması məsləhət görülmür.

Dermatoloqların fikrincə, el arasında təsirli vasitə hesab olunan banka qoymaq bəzi hallarda dərini zədələyə bilər.

AZƏRTAC xəbər verir ki, respublikamızın baş dermatonevroloqu Zülfüqar Fərəcov bu barədə deyib: “Bankadan başqa kürəyə yod sürtülməsindən də istifadə edilir. Bədənə yodun sürtülməsi iltihabi prosesə müsbət təsir edir, lakin onun dəri quruluğuna və dölə qarşı reaksiyası ola bilər. Dərinin qidalanmasını yaxşılaşdırmaq üçün dermatozlarda və bəzi soyuqdəymə hallarında bankalardan ümumi müalicə üsulu kimi yox, kompleks müalicənin bir forması kimi istifadə etmək olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.