CƏMİYYƏT


Tibbi və sosial xidmətlər barədə “Öyrən, inan, faydalan” maarifləndirmə layihəsinə start verilib

Bakı, 18 may, AZƏRTAC

Xəzər rayonunda tibbi və sosial xidmətlər barədə “Öyrən, inan, faydalan” məlumat və maarifləndirmə layihəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, layihə yerli icma birlikləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə altı ay ərzində həyata keçiriləcək.

Layihənin başlıca məqsədi Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, eləcə də əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək verməkdən ibarətdir.

Layihə üzrə nəzərdə tutulan maarifləndirmə tədbirləri Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrində aztəminatlı ailələrin üzvləri, işsizlər, məlumatsızlıqdan və ya digər səbəblərdən tibbi xidmətlər, eləcə də, sosial müdafiə sahəsində mövcud imkan və imtiyazlar barəsində xəbərdar olmayan vətəndaşları əhatə edəcək.

Layihə yekunlaşdıqdan sonra hər qəsəbədə icbari tibbi sığorta və sosial müdafiə sahəsində qanunvericilik və islahatlar barədə məlumatlı könüllülərdən ibarət qrup formalaşdırılacaq. Həmin qruplar tərəfindən mütəmadi olaraq vətəndaşlarla maarifləndirici görüşlər və seminarlar təşkil olunacaq. Maarifləndirmə fəaliyyətlərinin nəticəsi olaraq daha geniş kütlənin sosial müdafiə sahəsində qanunvericiliyin verdiyi hüquq və imtiyazlardan, o cümlədən icbari tibbi sığorta paketinə daxil olan tibbi xidmətlərdən istifadə etməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.