İQTİSADİYYAT


Ticarət mərkəzindəki yanğında zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün 3 milyon manat ayrılıb

Bakı, 29 mart, AZƏRTAC

Ticarət mərkəzindəki yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi üçün İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev martın 29-da “Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Bundan başqa, İqtisadiyyat Nazirliyinə zərər çəkmiş sahibkarlara bu Sərəncama əsasən ayrılmış vəsait hesabına maddi yardım göstərilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç gün müddətində təsdiq etmək tapşırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.