İQTİSADİYYAT


Ticarət və xidmət obyektlərində monitorinqlər keçirilib

Bakı, 5 mart, AZƏRTAC

Ticarət və xidmət obyektlərində monitorinqlər keçirilib.

İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə nazirliyin martın 4-də keçirdiyi monitorinqlər zamanı Nərimanov rayonunda Vüqar Quliyevə məxsus pərakəndə ticarət obyektində, Yasamal rayonunda “Starex” MMC-yə məxsus mağazada, Xəzər rayonunda “Oba market”də, Xədicə Orucovaya məxsus pərakəndə ticarət obyektində, Xətai rayonunda “Rose geyim mağazası”nda, Binəqədi rayonunda "M Bulak Bank Olmayan Kredit Təşkilatı” MMC-də, Nəsimi rayonunda "Dynamex" MMC-də, ümumilikdə, 7 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu aşkarlanıb.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.