İQTİSADİYYAT


Ticarət, xidmət və istehsal obyektlərində növbəti nəzarət tədbirləri keçirilib

Bakı, 18 sentyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin sahibkarlıq subyektlərində pandemiya dövrünün zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət məqsədilə sentyabrın 17-də növbəti dəfə monitorinqlər keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, monitorinqlər zamanı Binəqədi rayonunda “Bəyaz gecələr kafesi”ndə, “Lider RA” MMC-yə məxsus “Selofan paket istehsalı obyekti”ndə, Rövşən Rzayevə, Miriş Miriyevə məxsus mağazalarda, Xəzər rayonunda “Qastronom market”də, “Həsən şirniyyat evi”ndə, “Qlobus dəftərxana”, “Atlas hovuz inşaat” mağazalarında, Sabunçu rayonunda “İstanbul lahmacun”da, İradə Bədəlovaya məxsus şirniyyat mağazasında, Suraxanı rayonunda “Günəşli kafe”də, Rəhman Qurbanova məxsus kafedə, Yasamal rayonunda “Şah market”də, “Buzov dönər”də, “Nanə restoran”da, Qaradağ rayonunda "Qardaşlar kafe”də, Eldar Heydərova, Gülsüm Nəbiyevaya məxsus ərzaq mağazalarında, Nərimanov rayonunda “Yaz geyim”, “Armada elektrik” mağazalarında, “Gilyançay”, “Pivbar”, “Şah ət” iaşə obyektlərində, Nizami rayonunda “Rahat market”də, “Sirab market”də, "İstanbul lahmacun restoran”da, Xətai rayonunda Südabə Zamanovaya, Toğrul Səlimzadəyə, İlyas Quliyevə, Mahir Abbaslıya məxsus pərakəndə ticarət obyektlərində, Səbail rayonunda “Firuzə qızıl mağazası”nda, “Hit woman” mağazasında, “Sunset kafe”də, “Palma kafe”də, “Coffee station” iaşə obyektində, “Meh kafe”də, “Dəli Kür kafesi”ndə, “Uğur kafesi”ndə, “Dəniz restoranı”nda, Nəsimi rayonunda “Kafe Praqa”da, “Saraclı kafe”də, Sumqayıt şəhərində “Zirvə restoranı”nda, "Gəmiqaya restoranı”nda, “Tamet istehsalı sexi”ndə, Abşeron rayonunda “Babək kafesi”ndə, "A klub restoranı”nda, ümumilikdə, 128 obyektdə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.