DÜNYA


Tietgen dünyanın ən yaxşı yataqxanasıdır VİDEO

Bakı, 6 iyul, AZƏRTAC

Danimarkanın Orestad şəhərində, Kopenhagen ətrafında yerləşən Tietgen dünyanın ən yaxşı yataqxanası hesab edilir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, yataqxananın dairəvi, yeddimərtəbəli əsas binasının forması içəridə yaşayan insanların birliyini simvolizə edir.

Bina 360 nəfərlik çox rahat yaşayış üçün nəzərdə tutulub ki, onlar təkcə terraslı rahat və geniş otaqlar deyil, həm də ictimai yerlər - ümumi otaqlar, mətbəxlər, kitabxanalar, idman kompleksi və oyun otaqlarından ibarətdir.

Bu dəbdəbəli binada yaşayış sahəsi bir nəfərlik otaq üçün 26-33 kvadratmetr, birlikdə yaşamağa qərar verən cütlük üçün isə 45 kvadratmetrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.