DÜNYA


“TikTok” Donald Trampın ultimatumuna cavab verib

Bakı, 7 avqust, AZƏRTAC

“TikTok” ABŞ Prezidenti Donald Trampın proqramdan gələn təhlükə ilə mübarizə barədə qərarından sonra onu məhkəməyə verməklə hədələyib.

AZƏRTAC bu barədə Çin KİV-lərinə istinadla xəbər verir.

Bir qədər əvvəl ABŞ dövlət başçısı qısa videolara baxmaq üçün nəzərdə tutulan servisin sahibi Çinin “ByteDance” kompaniyası ilə ölkə ərazisində istənilən sövdələşmənin dayandırılması üçün 45 gün vaxt verib. Donald Trampın fikrincə, TikTok vasitəsilə dezinformasiya yayıla, həmçinin istifadəçilər barədə məlumatlar Çin hakimiyyətinə ötürülə bilər.

“Biz tamamilə aydın şəkildə bəyan etdik ki, heç vaxt istifadəçilərimiz barədə məlumatları Çin hökumətinə ötürməmişik. Hətta ABŞ-dakı biznesimizi bütünlüklə Amerika kompaniyasına satmağa hazır olduğumuzu da demişik”, - deyə sosial şəbəkənin nümayəndələri bildirib.

Kompaniya nümayəndələri ABŞ hakimiyyəti ilə razılaşma əldə etmək üçün bir ilə yaxın vaxt sərf etdiklərini, lakin onların güzəştə getmədiklərini də qeyd edib. Bundan başqa, TikTok Birləşmiş Ştatları hüquqi proseduraları pozmaqda və fərdi biznesə müdaxilə etməkdə günahlandırıb. Onların sözlərinə görə, Donald Trampın fərmanı ABŞ qanunlarına etibarı azaldır, həmçinin fikir azadlığı və açıq bazar konsepsiyasını şübhə altına alır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.