REGİONLAR


“TikTok”da narkotik vasitələri təbliğ edən musiqili video yayan şəxs həbs edilib

Masallı, 20 iyul, Bağır Əliyev, AZƏRTAC

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Masallı Rayon Polis Şöbəsi ilə birgə keçirdikləri tədbirlər nəticəsində “TikTok” sosial şəbəkəsində narkotik vasitələri təbliğ edən musiqili video yayan Masallı rayon sakini Şahin Nuri müəyyən edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, Ş.Nuri ilə profilaktik söhbətlər aparılıb, paylaşdığı videonun zərərləri, sosial şəbəkələrdə yeniyetmə və gənclərə göstərdiyi mənfi təsirlər barədə ona məlumatlar verilib. Onun “TikTok” sosial şəbəkəsində paylaşdığı bu tipli videonun silinməsi təmin edilib.

Ş.Nuri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 9 gün inzibati qaydada həbs edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.