İQTİSADİYYAT
Tikinti fəaliyyəti ilə məşğul olanlar sadələşdirilmiş vergitutma metodunu seçə bilər
Bakı, 11 may, Ramiz Quliyev, AZƏRTAC
Tikinti fəaliyyəti ilə məşğul olan şəxslər vergiödəyicilərinin hansı növünə aid edilir?
Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın müxbirinin bu sualına cavab olaraq bildirilib ki, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tikilən binalara görə yaranan vergi öhdəliklərini yerinə yetirilməsi üçün Vergi Məcəlləsi ilə müəyyən olunmuş iki mümkün metoddan (sadələşdirilmiş vergitutma metodu, yaxud da ƏDV və gəlirin (mənfəət) birini seçə bilər.
Bu zaman həmin şəxslər tikinti-quraşdırma işlərinə başladıqları andan 30 gün müddətində seçdikləri metod barədə “Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin seçdiyi vergitutma metodu barədə” Məlumat Forması ilə vergi orqanına məlumat verirlər.
Bina tikintisi fəaliyyəti ilə məşğul olan və sadələşdirilmiş vergiödəyicisi olmaq hüququndan istifadə etməyən hüquqi şəxslər isə ümumi qaydada ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, fiziki şəxslər isə ƏDV-nin və gəlir vergisinin ödəyicisi sayılırlar.