İQTİSADİYYAT


Tikinti materiallarının istehsalı 1,8 faiz azalıb

Bakı, 17 sentyabr, AZƏRTAC

Bu ilin yanvar-avqust aylarında tikinti materiallarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 497,3 milyon manat olmaqla, әvvәlki ilin müvafiq dövrü ilә müqayisәdә 1,8 faiz azalıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə tikinti gipsinin istehsalı 2,7 dәfә, tikinti kәrpicinin istehsalı 26,3 faiz, hörmә üçün hazır beton qarışığının istehsalı 9,6 faiz artıb.

Sementin istehsalı 1,6 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı 24,7 faiz, tikinti әhәnginin istehsalı 33,8 faiz, emal edilmiş mәrmәr, travertin, alebastr vә onlardan mәmulatların istehsalı 35,6 faiz, asfaltın istehsalı 46,2 faiz, sementdәn, süni daşdan vә ya betondan tikinti blokları vә kәrpiclәrinin istehsalı isә 57,1 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.