İQTİSADİYYAT


Tikinti materiallarının istehsalı 21,2 faiz artıb

Bakı, 18 fevral, AZƏRTAC

Bu ilin yanvarında tikinti materiallarının istehsalının ümumi dəyəri 41,6 milyon manat olmaqla, ötən ilin müvafiq ayı ilə müqayisədə 21,2 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə tikinti gipsinin istehsalı 2,8 dəfə, tikinti əhənginin istehsalı 52,4 faiz, sementin istehsalı 21,7 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 16,8 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 14,3 faiz artıb. Betondan yığma tikinti konstruksiyalarının istehsalı 10 faiz, tikinti kərpicinin istehsalı 11,6 faiz, asfaltın istehsalı 61,4 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan hazırlanan məmulatların istehsalı isə 62,2 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.