İQTİSADİYYAT


Tikinti materiallarının istehsalı 22,5 faiz artıb

Bakı, 21 may, AZƏRTAC

Cari ilin yanvar-aprelində tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 219,7 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 22,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 87,2 faiz, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 59,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 39,2 faiz, tikinti gipsinin istehsalı 25,5 faiz, tikinti əhənginin istehsalı 18,3 faiz, tikinti kərpicinin istehsalı 5,7 faiz, sementin istehsalı 5,7 faiz artıb, asfaltın istehsalı isə 82,9 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.