İQTİSADİYYAT


Tikinti materiallarının istehsalı 29,3 faiz artıb

Bakı, 17 iyun, AZƏRTAC

Cari ilin ilk 5 ayında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 302,8 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,3 faiz artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 2,1 dəfə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 86,9 faiz, tikinti gipsinin istehsalı 43,1 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 42,3 faiz, tikinti əhənginin istehsalı 36,1 faiz, sementin istehsalı 11,4 faiz, tikinti kərpicinin istehsalı 7,6 faiz artıb, asfaltın istehsalı isə 78,5 faiz azalıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.