İQTİSADİYYAT


Tikinti materiallarının istehsalı artıb

Bakı, 19 fevral, AZƏRTAC

Yanvarda tikinti materiallarının istehsalı sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən istehsal edilmiş məhsulun ümumi dəyəri 6,8 faiz artaraq 36,8 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində tikinti kərpicinin istehsalı 47,9 faiz, sementin istehsalı 45,3 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 37,2 faiz artıb. Tikinti əhənginin istehsalı 17,6 faiz, tikinti gipsinin istehsalı 60,3 faiz, betondan yığma tikinti konstruksiyalarının istehsalı isə 61,2 faiz azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.