İQTİSADİYYAT


Tikinti-quraşdırma işlərinə sərf olunan vəsait açıqlanıb

Bakı, 17 avqust, AZƏRTAC 

2020-ci ilin yanvar-iyul aylarında əsas kapitala 7588,3 milyon manat məbləğində, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 22,9 faiz artıb, qeyri- neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,6 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 5104,7 milyon manatı və ya 67,3 faizi məhsul istehsalı sahələrinə, 1745,9 milyon manatı (23 faizi) xidmət sahələrinə, 737,7 milyon manatı (9,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4692,5 milyon manatını və ya 61,8 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4703,9 milyon manatı və ya 62 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.