İQTİSADİYYAT
Tikinti sahəsində muzdla çalışan işçilərin sayı 95,2 min nəfər təşkil edib
Bakı, 5 mart, AZƏRTAC
Cari ilin yanvarın 1-nə tikinti sahəsində muzdla çalışan işçilərin sayı 95,2 min nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, onların 48,2 min nəfəri binaların tikintisində, 24 min nəfəri mülki təyinatlı inşaat işlərində, 23 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb.
İşçilərin 27 faizi dövlət, 73 faizi isə qeyri-dövlət tikinti müəssisələrinin payına düşür.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 18,6 faiz artaraq 813,7 manata çatıb. Qeyri-dövlət sektorunda çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 927,8 manat, dövlət sektorunda isə 527 manat olub.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində çalışanların orta aylıq nominal əməkhaqqı 21,6 faiz təşkil edib. Binaların tikintisində işləyənlərin orta aylıq nominal əməkhaqqı 14,9 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 0,9 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]