İQTİSADİYYAT


Tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarlarla görüş keçirilib

Bakı, 24 noyabr, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə tikintiyə icazələrin verilməsi ilə bağlı sahibkarlıq subyektlərinin maarifləndirilməsi məqsədilə onlayn görüş təşkil olunub.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Əmlak Məsələləri Dövlət Xidməti, KOBİA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu və 20-yə yaxın sahibkarlıq subyekti iştirak edib. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə tikintiyə icazələrin alınması sahəsindəki mövcud prosedurlar barədə ətraflı məlumat verilib, bu sahədə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.