MƏDƏNİYYƏT


Timur Dyusenqaliyev: Azərbaycan öz qədim mədəniyyəti və bənzərsiz sənət əsərləri ilə fəxr edə bilər VİDEO

Nur-Sultan, 12 oktyabr, AZƏRTAC

Türk Şurası çərçivəsində həyata keçən “İpək yolu” layihəsində Qazaxıstan Azərbaycanla turizm sahəsində six əməkdaşlıq edir.

“Qazax Turizm” Milli şirkətinin sədr müavini Timur Dyusenqaliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, “Xəzər Kruizi” layihəsi çərçivəsində də birgə əməkdaşlıq etməyi planlaşdırırıq.

T.Dyusenqaliyev türk birliyi və qardaşlığının daha da inkişaf edəcəyinə əmin olduğunu və iki ölkə arasında turizm axınının inkişaf etdirilməsinin vacibliyini bildirib: “Qeyd etmək istərdim ki, Qazaxıstan turistlərinin Azərbaycana axını daha çoxdur. Bunu qarşılıqlı etmək üçün informasiya mübadiləsi aparmalı, turizm şirkətlərini dəvət etməliyik. Çünki bunun təməli “İpək yolu” layihəsində qoyulub”.

Turizm sahəsində mövcud problemlərdən danışan Timur Dyusenqaliyev bildirib ki, turizmin inkişafına səbəb olan əsas amillərdən biri də nəqliyyatdır. Ona görə də, aviabiletlərin qiymətlərinə yenidən baxılması yaxşı olardı. “Qazaxıstan turistlərini əsasən Azərbaycanın şəhərləri, mədəniyyəti, mətbəxi cəlb edir. Deyə bilərəm ki, Azərbaycan öz qədim mədəniyyəti və bənzərsiz sənət əsərləri ilə fəxr edə bilər. Azərbaycanda olmuşam, Bakı çox xoşuma gəlir, Naftalanda olmağı planlaşdırıram”, -deyə “Qazax Turizm” Milli şirkətinin sədr müavini söyləyib.

Xatırladaq ki, Nur-Sultan şəhərində “Ağıllı şəhərlər, ağıllı istiqamətlər” devizi altında Dünya Turizm Təşkilatının 8-ci sammiti keçirilir.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.