DÜNYA


Tini Koks yenidən AŞPA-nın prezidenti seçilib VİDEO

Tini Koks yenidən AŞPA-nın prezidenti seçilib VİDEO

Strasburq, 23 yanvar, AZƏRTAC

Niderlandlı parlamentari Tini Koks 175 səslə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

AZƏRTAC xəbər verir ki, AŞPA qış sessiyasında qurumun prezidenti və 20 vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib.

Qurumun Niderlanddan olan 69 yaşlı üzvü və AŞPA-nın 2021-2022-ci illərdə prezidenti olmuş Tini Koks 175 səslə yenidən Assambleyanın prezidenti seçilib.

Qeyd edək ki, niderlandlı parlamentariya rəqib ukraynalı parlamentari Oleksandr Merejko idi. O, 44 səs toplayıb.

Seçkilərdən sonra çıxış edən T.Koks ötən ilin Ukrayna-Rusiya müharibəsi ilə yadda qaldığını bildirib.

Sonra Ukrayna-Rusiya müharibəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.