REGİONLAR
Tir atıcılığı üzrə muxtar respublika açıq birinciliyinə yekun vurulub
Naxçıvan, 24 aprel, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Atıcılıq Mərkəzində ali təhsil müəssisələrinin oğlan və qız tələbələri arasında keçirilən atıcılığın tir növü üzrə Naxçıvan Muxtar Respublika açıq birinciliyinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, muxtar respublikanın Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 30-a yaxın idmançı mübarizə aparıb.
Oğlanların mübarizəsində Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Nihad Novruzov hədəfi daha dəqiq nişan alaraq qalib adını qazanıb. Naxçıvan Dövlət Universitetinin tələbəsi Qəşəm Əkbərov ikinci, universitetin digər tələbəsi Yuris Allahverdiyev üçüncü olub. Qızlar arasında isə Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Gülnar Əlizadə birinciliyin qalibi tituluna yiyələnib. Digər iki pillədə Naxçıvan Dövlət Universitetinin tələbəsi Nuray Mahmudova və Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Ayla Əsədli qərarlaşıblar.
Qaliblərə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplomları təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [15:46]
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb
- 28.03.2024 [11:44]
Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib
- 28.03.2024 [10:49]
Naxçıvanda yolda qaya uçqunu baş verib
- 28.03.2024 [10:25]
Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB
- 28.03.2024 [10:10]
Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub
- 28.03.2024 [08:00]