SİYASƏT


Tiranada QDİƏT-in komitə iclası keçirilib

Bakı, 20 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iqtisadiyyat, ticarət, texnologiya və ekologiya komitəsinin Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 49-cu iclasında iştirak edib.

Mətbuat Şurasından AZƏRTAC-a bildiriblər ki, QDİƏT-ə üzv ölkələrdə milli innovasiya sisteminin inkişaf perspektivlərinin müzakirə olunduğu iclasdakı çıxışında deputat əsasən ölkəmizdə “ASAN xidmət” modeli ilə bağlı söhbət açıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2012-ci ildən uğurla fəaliyyət göstərməkdədir. Bu fəaliyyət yalnız vətəndaşlara xidmətin təmərküzləşməsi deyil, habelə dövlət qurumlarının işinin əlaqələndirilməsi, təkmilləşdirilməsi, səmərəliliyinin artırılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Ə.Amaşov, həmçinin 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyətinə də toxunub. Qurumun xarakterik iş prinsipləri barədə ətraflı məlumat verib.

Qeyd edək ki, oktyabrın 19-20-də keçirilmiş iclasda iqtisadiyyat, ticarət, texnologiya və ekologiya komitəsinin Tbilisidə keçirilmiş 48-ci iclasının protokolu təsdiqlənib, 50-ci iclasın gündəliyi müəyyənləşdirilib, strukturu yenilənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.