İDMAN
“Tissot” “Bakı-2015”-ə həsr olunan xüsusi saat istehsal edib VİDEO
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 12-28-də Bakıda keçiriləcək birinci Avropa Oyunlarının rəsmi xronoqrafı “Tissot” idman üslubunda və idman növlərinin rənglərinin əks olunduğu xüsusi saat istehsal edib.
AZƏRTAC xəbər verir ki, Oyunlara həsr olunan saat “Tissot Quickster Baku Special Edition” adlanır.
“Tissot” “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi ilə bağladığı müqaviləyə uyğun olaraq 50 ölkədən 6 mindən artıq atletin qatıldığı Oyunlarda təmsil olunan idman növlərinin simvollarını saat üzərində qeyd edib.
Üzərində “Bakı-2015”-in loqotipi olan 42 millimetr diametrindəki “Tissot Quickster Baku Edition”nin qiyməti 415 avrodur.