DÜNYA


“Titli” siklonu Hindistanda 8 nəfərin ölümünə səbəb olub

Bakı, 11 oktyabr, AZƏRTAC

Sürəti saatda 150 kilometrə çatan “Titli” siklonu Hindistanda dağıntı və insan tələfatına səbəb olub.

AZƏRTAC Hindistan KİV-lərinə istinadla xəbər verir ki, şiddətli yağışlarla müşayiət olunan güclü küləyin törətdiyi fəsadlar Andhra Pradeş ştatında 8 nəfərin ölümü ilə nəticələnib. Odişa ştatı da daxil olmaqla Hindistanın Benqal körfəzi sahilindəki bölgələrində külək ciddi dağıntılara səbəb olub, elektrik enerjisi təchizatında və kommunikasiya sisteminin fəaliyyətində uzunmüddətli fasilələr yaranıb. Odişa ştatının Srikakulam rayonunda elektrik təchizatının bərpası bir həftədən tez mümkün olmayacaq.

Sel və daşqın avtomobil yollarını, körpüləri dağıdıb, güclü külək dəmir yolu vağzallarının, bir çox inzibati və yaşayış binalarının dam örtüyünə ziyan vurub, ağacları kökündən qopardıb. Bəzi yaşayış məntəqələri ilə əlaqə kəsilib, orta məktəblərdə dərslərə bir neçə günlük fasilə verilib. Pis hava şəraiti ilə əlaqədar şəhərlərarası avtobus xidməti və dəmir yolu ilə sərnişin daşınması dayandırılıb. Bildirilir ki, güclü külək və yağışlar günün sonuna doğur zəifləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.