MƏDƏNİYYƏT


Tofiq Bakıxanovun kamera əsərlərindən ibarət konsert keçirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında Xalq artisti, professor, bəstəkar Tofiq Bakıxanovun kamera əsərlərindən ibarət konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova bəstəkarın çoxşaxəli yaradıcılıq yolu keçdiyini söyləyib. Bildirib ki, Tofiq Bakıxanovun 90 illiyi münasibətilə festival keçirilir. Festival çərçivəsində Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərgi də açılıb. Qeyd edib ki, 70 il yaradıcılıq yolu keçmiş bəstəkar 150-dən çox əsər yaradıb. Tofiq Bakıxanov Azərbaycan musiqi mədəniyyətində həm də novator bəstəkar kimi yadda qalıb. O, ilk dəfə birpərdəli “Xəzər” balladasını bəstələyib. Ancaq Tofiq Bakıxanovun yaradıcılığının böyük hissəsini instrumental musiqi təşkil edir. Onun əsərləri xarici dirijorların repertuarından silinmir. Azərbaycan musiqi ictimaiyyəti onu skripkaçı kimi tanısa da bəstəkar kamera və instrumental musiqisinə də həvəs göstərib, skripka, viola kimi alətlər üçün əsərlər bəstələyib.

Təqdim olunan konsertdə Azərbaycan Dövlət Fortepiano Triosu və Azərbaycan Dövlət Simli Kvarteti çıxış edib.

Konsertdə Xalq artistləri Uran Seyidov (violin), Soltan Məmmədova (violin), Əməkdar artistlər Töhfə Babayeva (violin), Səbinə İbrahimova (violonçel), Vaxtanq İmanov (viola), Aleksey Miltıx (violonçel), Beynəlxalq müsabiqələr laureatı Fəridə Əhmədbəyova (piano) və başqaları bəstəkarın əsərlərini səsləndiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.